Bayramov Fidanla da danışdı: İsrail-İran gərginliyi...

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli Hakan Fidan arasında telefon danışığı baş tutub.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı İsrailin İran ərazisinə qarşı başladığı əməliyyat nəticəsində bölgədə yaranmış vəziyyət, ikitərəfli münasibətlərdən irəli gələn məsələlər, o cümlədən 21-22 iyun tarixində İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.
Qeyd edək ki, bundan əvvəl C.Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə danışıb.