İraq: "İsrail müharibəni bölgəyə yaymaq istəyir"

İraqın baş naziri Məhəmməd Şia əl-Sudani deyib ki, İsrail Yaxın Şərqdə “yeni xəritə çəkmək məqsədi ilə” bölgədəki döyüş meydanını genişləndirmək istəyir.
Elchi.az xəbər verir ki, İraqın baş naziri Məhəmməd Şia əl-Sudani deyib ki, İsrail Yaxın Şərqdə “yeni xəritə çəkmək məqsədi ilə” bölgədəki döyüş meydanını genişləndirmək istəyir.
"Biz İraqın suverenliyinin hər hansı pozulmasını rədd edirik. Bu hücumlar təkcə İranın təhlükəsizliyi və sabitliyinə deyil, həm də İraqın təhlükəsizliyinə təhdiddir.
İsrail Yaxın Şərqdə yeni xəritə çəkmək üçün müharibənin miqyasını genişləndirməyə çalışır”.
Nuranə Məmmədova