Özbəkistan 30-dan çox vətəndaşını İrandan təxliyə edir

İranda olan 30-dan çox Özbəkistan vətəndaşının Azərbaycan və Türkmənistan üzərindən təxliyə edildiyi bildirilir.
Elchi.az xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyi açıqlamasında İrandakı Özbəkistan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü, Özbəkistanın İran və İsraildəki səfirliklərinin gecə-gündüz işlədiyini bildirib.
Bəyanatda İranda olan 30-dan çox Özbəkistan vətəndaşının Türkmənistan və Azərbaycan üzərindən təxliyə edildiyi, bu dövlətlərin və İranın bu prosesə dəstək verdiyi vurğulanıb.
Bəyanatda həmçinin hazırda İsrail və İranda olan Özbəkistan vətəndaşlarını təhlükəsiz yerlərdə qalmağa, rəsmi məlumatları daim izləməyə və Özbəkistan səfirlikləri ilə əlaqə saxlamağa çağırıb. Bundan əvvəl Özbəkistan hakimiyyəti İran və İsraildəki Özbəkistan vətəndaşlarını təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırmışdı. Özbəkistan Hava Yolları da İsrailə uçuşları müvəqqəti olaraq ləğv edib, regionun digər ölkələrinə uçuşlar isə marşrutlarını dəyişib.
Nuranə Məmmədova