Albaniyada Cənub-Şərqi Avropa Xarici Əlaqələr Toplantısı başlayır

Elchi.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada keçirilən Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Xarici İşlər Nazirləri Toplantısı başlayıb.
Albaniyanın növbəli sədrlik etdiyi SEECP Xarici İşlər Nazirləri Toplantısının açılışında çıxış edən Albaniyanın Avropa və Xarici İşlər Naziri İqli Həsəni bildirib ki, proses bütün iştirakçıların bərabər söz sahibi olduğu platforma və siyasi məkan olmaqda davam edir.
Bölgə üçün problemlərlə və real imkanlarla dolu bir zamanda bir araya gəldiklərini deyən Həsəni, son illərdə SEECP-ə üzv ölkələr arasında əməkdaşlığın daha mənalı, daha strateji və Avropa İttifaqı (Aİ) siyasətləri ilə daha uyğunlaşdığını qeyd edib.
Albaniyanın bu prosesin qətiyyətli üzvü olduğunu bildirən Həsəni, "Albaniya danışıqlar fasıllarının açılması ilə Aİ-yə üzvlük prosesini irəlilətmək baxımından doğru yoldadır. Bu ilin sonuna qədər bütün fəsilləri açmaq və danışıqları 2027-ci ilə qədər yekunlaşdırmaq məqsədimiz iddialıdır, lakin əldə edilə bilər. Albaniya ilə bu 10 ilin sonuna qədər tam üzvlük üçün hazırıq.”
“Yaxın Şərqdə artan gərginlikdən dərin narahatıq”
Yaxın Şərqdəki son hadisələrlə bağlı danışan Həsəni, "Yaxın Şərqdə artan gərginlikdən dərin narahatlıq keçiririk. Xüsusilə İsrail və İran arasında baş verən son toqquşmalar, qlobal təsirlərlə daha geniş regional sabitlik üçün ciddi risk yaradır" - deyib.
İclasdan sonra gün ərzində SEECP Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı da keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın adından sammitdə xarici işlər naziri Hakan Fidan iştirak edəcək.
2024-cü ilin iyulundan 2025-ci ilin iyuluna qədər SEECP-yə sədrlik edən Albaniya növbəti sədrliyi Bolqarıstana təhvil verəcək.
13 Balkan ölkəsinin hamısını əhatə edən və 1996-cı ildə yaradılmış yeganə regional əməkdaşlıq forumu olan SEECP-ə Türkiyə, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Monteneqro, Kosovo, Şimali Makedoniya, Moldova, Rumıniya, Serbiya, Sloveniya və Yunanıstan tamhüquqlu üzvlər kimi daxildir.
Albaniyadan əvvəl SEECP-yə Şimali Makedoniya sədrlik edirdi.
Nuranə Məmmədova