İraq: "Biz istənilən vəziyyətə tam hazırıq"

İraqın müdafiə naziri Sabit Abbasi bildirib ki, İraq qüvvələri hər cür mümkün vəziyyətə tam hazırdır.
Elchi.az xəbər verir ki, İraqın rəsmi xəbər agentliyi İNA Abbasinin açıqlamalarını yayıb.
Ölkədəki təhlükəsizlik vəziyyətinin sabit olduğunu bildirən Abbasi, İsrailin İraqa mümkün hücumu ilə bağlı "İraq qüvvələri hər cür mümkün vəziyyətə tam hazırdır",- deyib.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani də İsrailin Yaxın Şərqdə müharibə ərazisini genişləndirməyə çalışdığını bildirib.
Nuranə Məmmədova