Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının komandanlığının daha 3 nümayəndəsini məhv edib.
Alp.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.
Məlumata görə Rusiya Silahlı Qüvvələrinin 20-ci Qvardiya motoatıcı diviziyasının komandirinin müavini, polkovnik Kens Sergey Nikolayeviç, 106-cı diviziya komandirinin maddi-texniki təminat üzrə müavini, polkovnik Sergey İqoreviç Kuzminov, qərargah rəisi – 16-cı xüsusi təyinatlı briqadanın dəstə komandirinin müavini, mayor Semenov Dmitri Vladimiroviç dünənki döyüşlərdə məhv edilib.