image-pvtb7pwjzlxxsy163qvkbackend

Pentaqon rəsmisi Bakıya gəldi

ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri Patrik Prayor məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.
Elchi.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında bildirilib.
“Biz təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əlaqələrinin gücləndirilməsi məsələləri ilə bağlı Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparmaq üçün Bakıya gələn ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Avropa-Avrasiya Mərkəzinin rəhbəri cənab Patrik Prayoru ürəkdən salamlayırıq”, – diplomatik nümayəndəlik ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözlərini sitat gətirir.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki