image-ab29329c150d1d831d9a4222195213aabackend

Lukaşenkodan İCAZƏ: “Dronlara qarşı fiziki güc tətbiq edilə bilər”

Belarus prezidenti Aleksandr Lukaşenko fiziki güc, xüsusi vasitələr, silahlar, hərbi və xüsusi texnikanın tətbiqi hüququnu genişləndirən fərman imzalayıb.

Elchi.az-ın Belta agentliyinə istinadən xəbərinə görə, qanun hazırda təkcə təyyarə modelləri və İHA-lara deyil, həm də pilotsuz təyyarələrə və nəqliyyat vasitələrinə, o cümlədən su gəmilərinə də aiddir.

Sənəddə deyilir ki, hərbçilərin, daxili işlər orqanlarının əməkdaşlarının və digər hərbiləşdirilmiş təşkilatların pilotsuz təyyarələrə qarşı güc tətbiq etmək hüququ var.

Sonuncu dedikdə prokurorluq, gömrük orqanları, istintaq orqanları, Dövlət Məhkəmə Ekspertizası Komitəsi, Dövlət Nəzarəti Komitəsinin maliyyə istintaqı orqanları, habelə Heyvan və Bitkilərin Mühafizəsi üzrə Dövlət Müfəttişliyi nəzərdə tutulur.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki