image-65247be9-dc3e-3ce7-8908-1e049ed6164c_850backend

İsrail ordusu Qəzzada məhv etdiyi radikalların sayını açıqlayıb

İsrail Müdafiə Qüvvələri son üç ayda Qəzza zolağında 450-dən çox fələstinli radikalı zərərsizləşdirib.

Elchi.az  xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

“Son üç ay ərzində müdafiə qüvvələrimiz hava zərbələri və birbaşa toqquşmalar nəticəsində 450-dən çox terrorçunu məhv edib, eləcə də Qəzza zolağında yüzlərlə infrastruktur obyektini yerlə yeksan edib”, – məlumatda bildirilir.

Mətbuat xidmətindən həmçinin əlavə edilib ki, 252-ci diviziyanın hərbçiləri Fələstin anklavında təxminən 8 kilometr uzunluğunda olan tuneli aşkarlayaraq məhv ediblər.\

Havar Şəfiyeva

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki