image-beyrut-3ocvbackend

İsrail ordusu Beyruta hücum edib

İsrailin Livanda peycer və telsizləri partlatmaqla hücumlarından sonra yüksək gərginlik davam edir. İsrail ordusu Livanın paytaxtı Beyruta hücuma keçdiyini açıqlayıb. Hizbullahın yüksək səviyyəli hərbi komandiri İbrahim Akili hədəf alan hücumda 8 nəfər həyatını itirib, 59 nəfər yaralanıb.
Elchi.az xəbər verir ki, Livan Hizbullahının bu gün Katyuşa raketləri ilə İsrail hədəflərini hədəf almasından sonra İsrail ordusu Livanın paytaxtı Beyrutun Dahieh ətrafına hava hücumu təşkil etdiyini açıqlayıb.
Hücumdan sonra Beyrutda tüstü qalxıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki