image-images-36backend

İsrail 2 əsgərinin öldüyünü açıqlayıb

İsrail Qəzza zolağında və Livanda baş verən qarşıdurmalarda bir əsgərinin həyatını itirdiyini bildirib.
Elchi.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada 47 yaşlı çavuş mayor Şaul Moyalın Livanın cənubunda, 22 yaşlı çavuş Yahuda Hararinin isə Qəzzanın şimalında öldüyü bildirilib.
Buna görə İsrail son 72 saatda Qəzzada 4 , Livanda isə 15 əsgərini itirib .
Sentyabrın 30-da Livana quru işğalı başlayandan bəri toqquşmalarda öldüyü elan edilən İsrail əsgərlərinin sayı 34-ə yüksəlib.
Qəzza zolağına hücumların başladığı 7 oktyabrdan indiyədək 771 İsrail əsgərinin öldüyü açıqlanıb.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki