image-ab524c6f5c4847599375577d4519f5febackend

İran nüvə silahından daha güclü silahlara malik olduğunu iddia edir

İranın briqada generalı İbrahim Rüstəmi deyib ki, Tehran nüvə bombasından daha güclü silahlara malikdir.
Elchi.az xəbər verir ki, O , bu barədə “Did Ban Iran” portalına müsahibəsində danışıb.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) inkişafı və təchizatı üzrə komissiyanın keçmiş rəhbəri Rostami deyib ki, İranın İsrail hədəflərinə hücum üçün istifadə etdiyi silahlar “aysberqin görünən hissəsidir”.
“Bizim nüvə avadanlığından qat-qat üstün olan avadanlıqlarımız var” deyən general bu silahlar haqqında məlumatın “ciddi şəkildə məxfiləşdirildiyini” vurğulayıb.
O əlavə edib ki, nüvə silahı istifadə etmək üçün deyil, çəkindirmək üçündür. O, həmçinin qeyd edib ki, İsrailin özünün, eləcə də onun müttəfiqləri olan ABŞ, İngiltərə və Fransanın nüvə silahı var (Rəsmi olaraq İsrail nüvə silahının mövcudluğunu təsdiq və ya təkzib etmir). Rüstəmi qeyd edib ki, buna baxmayaraq, İran öz zərbələrini həyata keçirib.
İranlı general İsrailin təhdidlərinə cavab olaraq İran Təhlükəsizlik Şurasına nüvə silahının yaradılmasına icazə verməyə çağıran bir qrup deputatın müraciətini belə şərh edib. İran hakimiyyəti nüvə silahı istehsalının İslam dininə zidd olduğu doktrinasına əməl etdiklərini bildirir. Ölkənin hazırkı nüvə proqramının sırf dinc xarakter daşıdığı iddia edilir.
Rostaminin sözlərinə görə, İranın nüvə doktrinasına yenidən baxılmalıdır. O, əlavə edib ki, uranı 60 faiz zənginləşdirə bilən bir ölkənin “nüvə bombası istehsalında problemi olmayacaq”.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki