Yunqar Alatau dağlarında Qazaxıstanın Desant-Hücum Qoşunları və Azərbaycan Ordusunun bölmələri arasında kəşfiyyat tapşırıqlarının yerinə yetirilməsi üzrə təcrübə mübadiləsinin həyata keçiriləcəyi “Altın Kıran” beynəlxalq taktiki-xüsusi təlimi başlayıb.
Elchi.az Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, təlim Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Desant-Hücum Qoşunlarının komandanı general-mayor Almaz Jumakeyevin rəhbərliyi ilə keçirilir.
Təlim iştirakçılarının daha səmərəli fəaliyyət göstərmələri üçün iştirakçılar Qazaxıstan və Azərbaycan hərbçilərindən ibarət iki qarışıq qrupa bölünüblər.