Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris rəqibi Donald Trampa zəng edərək onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.
Elchi.az xəbər verir ki, ABŞ prezident seçkilərinin nəticələri bəlli olduqdan sonra Demokratlar Partiyasının prezidentliyə namizədi Kamala Harris Respublikaçı rəqibi Donald Trampa zəng edərək onu seçkidə qalib gəlməsi münasibətilə təbrik edib.
Harrisin köməkçisi, Harrisin günortadan sonra verməyi planlaşdırdığı çıxışdan əvvəl Trampla hakimiyyətin sülh yolu ilə ötürülməsinin vacibliyini müzakirə etdiyini bildirib.
Nuranə Məmmədova