image-23backend

Harris məğlubiyyətini etiraf etdi, amma

ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində uduzduqdan sonra ilk çıxışında mübarizəni davam etdirəcəyinə söz verib, ola bilsin ki, siyasətdə daha çox iştiraka eyham vurub.

Elchi.az xəbər verir ki, Vaşinqtonda Hovard Universitetinin yaxınlığında çıxış edən Harris etiraf edib ki, ABŞ prezident seçkilərinin nəticəsi bizim istədiyimiz və uğrunda mübarizə apardığımız deyil.

“Biz həmin seçkilərin nəticələrini qəbul etməliyik. Bu gün səhər mən seçilmiş prezident Trampla danışdım və onu qələbəsi münasibətilə təbrik etdim. Mən də ona söz verdim ki, hakimiyyətin ötürülməsində köməklik göstərəcək və bunu sülh yolu ilə edəcəyik”.

Demokratik siyasətçi hakimiyyətin dinc yolla ötürülməsinin zəruriliyini vurğuladı ki, bu da onun fikrincə, demokratiyanı avtokratiyadan fərqləndirir və həmçinin qeyd edib ki, vətəndaşlar konkret partiyaya və ya siyasətə deyil, Konstitusiyaya sadiq olmalıdırlar.

Yeganə

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki