image-0e73f778-037c-31f5-9a9d-5e1b3dfea4dc_850backend

“Güləbird” SES-də 4 ildə istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən “Güləbird” kiçik Su Elektrik Stansiyası (kSES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 69,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə  Elchi.az – a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Güləbird” kSES il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki