image-1636181844_883e03bb634027353bdf89272fc51536backend

Gələcəkdə döyüşəcəyimiz ərazilərin dağlıq olması… – Hərbi ekspert detalları açıqladı 

“Daha əvvəllər Azərbaycan ordusu döyüş tapşırıqlarını geniş miqyasa, çoxsaylı şəxsi heyətə malik bölmələr şəklində yerinə yetirməyi planlaşdırırdı. Vətən müharibəsinin təcrübəsi göstərdi ki, dağlıq ərazilərdə çoxsaylı şəxsi heyətə malik bölmələri dağ aşırımları, çaylar, dərələrlə hərəkət etdirmək müəyyən çətinliklər törədir. Düşmən hərəkət edən bölmələri havadan müşayiət edir, alternativ marşrutlar olmadığından bölmələr bəzən atəş zərbələrinə məruz qalırlar”.

16344867455741736101_1000x669

Bunu TNS-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

“Ona görə də biz müharibədən sonrakı dövrdə komando hissələri yaratmaqla hər birində 5-7 nəfərlik qruplarla döyüş tapşırıqlarının yerinə yetirilməsini təmin etmək qərarına gəldik. Əgər motoatıcı bölmələrin ən kiçiyində 9-10 əsgər olursa, bizim komando və ya xüsusi təyinatlı hərbçilərimizin hər biri bu bölməni əvəz etmək patensialına malikdir. Digər tərəfdən isə geniş heyətə malik motoatıcı bölmə və hissələrin hücum və ya müdafiə döyüşləri zirehli və zirehsiz texnikaların istifadəsini tələb edirsə, komando bölmələrində texnikalara ehtiyac yoxdur”, – Ədalət Verdiyev bildirib.

Hərbi ekspertin fikrincə, motoatıcı bölmələrlə yeni yaradılan komandoların və sayı artırılan xüsusi təyinatlıların fərqi məhz budur.

“Azərbaycan ordusunda gələcəkdə adı çəkilən komandoların və xüsusi təyinatlıların sayı artırılacaq. Çünki bizim bundan sonra döyüşəcəyimiz ərazilərin, demək olar ki, hamısı yüksək dağlıq ərazilərdir”, – hərbi ekspert vurğulayıb.

Əməkdaşımızın “Siz Qərbi Azərbaycan ərazilərini nəzərdə tutaraq bu fikri səsləndirirsiniz?” sualına Ədalət Verdiyev belə cavab verib:

“Bu ordu qurucuğu məhz buna hesablanıb. Mən bu dəyişikliyi görürəm. Bunu ilk dəfə açıqlayıram. Niyə məhz indi komanda bölmələri yaradılır? Ona görə ki, biz hər varianta hazır olmalıyıq.  Azərbaycanda bu istiqamətdə çox ciddi işlər görülür”.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki