image-b9bcf924-8f01-3013-9e18-e2ef3b7c9b1d_850backend

Finlandiyada bu sahənin işçiləri tətilə başlayıb

Finlandiyada fevralın 17-də ticarət sahəsinin işçiləri tətil keçirirlər.

Elchi.az xəbər verir ki, bu barədə “Yle teleradio” portalı məlumat yayıb.

“Finlandiya Ticarət Federasiyası bazar günü əmək mübahisəsi üzrə razılığa gələ bilməyib. Buna görə də pərakəndə logistika sahəsində cümə axşamı səhərə qədər davam edəcək tətil başlayır”, – portal qeyd edib.

Bildirilir ki, bu vaxta qədər razılıq əldə edilməzsə, mağazalarda tətil başlayacaq.

Məlumata görə, aksiya təxminən 70 min işçiyə, 3 min mağaza və ticarətlə bağlı digər obyektlərə təsir edəcək.

Həmkarlar ittifaqı işçilərin maaşının 10 % artırılmasını tələb edir. Bundan əlavə, Xidmət İşçiləri Həmkarlar İttifaqı (PAM) yarım iş günü çalışan işçilərin hüquqlarının daha yaxşı qorunmasını təmin etmək üçün kollektiv müqaviləyə düzəlişlər edilməsinə çağırır.

Xavər

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki