Yeddi ölkə – ABŞ, Almaniya, Macarıstan, Slovakiya, Belçika, Sloveniya və İspaniya Ukraynanı NATO-ya dəvət etməyə tələsmir.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazır.
ABŞ-ın NATO-dakı səfiri Culiana Smit jurnala müsahibəsində bildirib ki, alyans hazırda Ukraynaya üzvlük təklif etməyə hazır deyil. Volodimir Zelenski özü bildirib ki, Almaniya Kiyevin NATO-ya qoşulmağa hazır olmasına şübhə ilə yanaşır. Qəzetin mənbələri vurğulayır ki, Berlin və Vaşinqton bununla belə, nə vaxtsa Ukraynanın bloka üzv ola biləcəyini istisna etmir.
Hazırda NATO-nun daha iki ölkəsində – Macarıstan və Slovakiyada Kremlyönümlü populist partiyalar hakimiyyətdədir. Macarıstanın baş naziri Viktor Orban AB-nin Ukraynaya hərbi yardım göstərmək planlarına dəfələrlə mane olub.
Lakin Vaşinqtonda və NATO-da adının çəkilməsini istəməyən mənbələrin Politico-ya verdiyi məlumata görə, digər ölkələr də Ukraynanın alyansa qoşulmağa hazır olduğuna əmin deyillər.
“Belçika, Sloveniya və İspaniya kimi ölkələr ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar şübhəlidirlər”, – qəzet mənbədən sitat gətirib. Digər mənbə qeyd edib ki, ölkələr mücərrəd şəkildə Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləyirlər, lakin bu, reallığa yaxınlaşan kimi bu ideyaya açıq şəkildə qarşı çıxmağa başlayacaqlar.
NATO-ya üzvlük Vladimir Zelenskinin ötən həftə təqdim etdiyi “qələbə planı”nın əsas məqamlarından biridir.
Yeganə