Daha bir MDB ölkəsinin milli valyutası batdı - 35,5 faiz devalvasiya


Qazaxıstanın milli valyutası tenqe də rus rublu kimi sürətlə dəyər itirir.
Avropa.info xəbər verir ki, bu gün Qazaxıstan fond birjasında dollar qarşısında 66,8 tenqe ucuzlaşaraq 1 dollar 225,26 tenqe olub. 19 avqustda isə 1 dollar 188,38 tenqe idi. Beləliklə, devalvasiya 35,5% təşkil edib.
Qazaxıstan baş naziri Kərim Məsimov hökumətin iclasında deyib ki, 20 avqustdan etibarən tenqenin kursu sərbəst buraxılır. İnflyasiya rejiminə hesablanmış yeni pul-kredit sisteminə keçilir.
Neft ölkəsi Qazaxıstan milli valyutaya nəzarətini itirdiyini rəmən bəyan edib. Tenqenin kursunu bundan sonra bazardakı tələbat müəyyən edəcək.