İşdən çıxarılan Rusiya naziri intihar etdi!

Bu gün səhər saatlarında Rusiyanın nəqliyyat naziri Roman Starovoyt öz avtomobilində ölü tapılıb və intihar ehtimalı nəzərdən keçirilir.
Elchi.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin açıqlamasında bildirilir ki, işdən çıxarılan nəqliyyat naziri Starovoytun cansız cəsədi bu gün səhər Moskvada şəxsi avtomobilində tapılıb.
İlkin məlumata görə, ifadədə bədənində güllə izləri olan Starovoytun intihar etdiyi hesab edilərək, hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.
Starovoyt bu gün səhər Rusiya prezidenti Vladimir Putin tərəfindən vəzifəsindən azad edilib.
Rusiya mətbuatı vaxtilə Kursk qubernatoru olmuş Starovoyta qarşı korrupsiya işinin başlandığını yazıb.
Nuranə Məmmədova