Ləki-Laki vulkanında püskürmə baş verib

🗓 07.07.2025 11:25 ✍️ "Elçi" qəzeti
Ləki-Laki vulkanında püskürmə baş verib

İndoneziyanın Şərqi Nusa Tengqara əyalətindəki Levotobi Laki-Laki vulkanında püskürmə baş verib.
Elchi.az xəbər verir ki, İndoneziya Vulkanologiya və Geoloji Fəlakətin Azaldılması Mərkəzinin məlumatına görə, əyalətin Şərqi Flores bölgəsindəki vulkan püskürmələrini davam etdirir, birincisi iyunun 18-də baş verib.
Yerli vaxtla saat 01:05-də Levotobi Laki-Laki vulkanında son püskürmə külü 18 kilometr hündürlükdə havaya göndərib.
Püskürmə zamanı əmələ gələn yandırıcı isti qaz buludları vulkanın yamaclarından aşağı sürüşüb. Kül vulkanın ətrafındakı kəndlərə geniş yayılıb.
Vulkan hadisəsi nəticəsində tələfat barədə məlumat verilməyib.
İyunun 18-də vulkanın püskürməsindən sonra xəbərdarlıq statusu ən yüksək səviyyəyə qaldırılıb və məhdudlaşdırılan ərazinin əhatə dairəsi 7 kilometrə qədər genişləndirilib.
1584 metr hündürlüyündə olan "Lewotobi Laki-Laki" bölgədə "Lewotobi Perempuan dağı" ilə "əkiz vulkan" kimi tanınır.
"Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada təxminən 130 aktiv vulkan var.
2024-cü ilin noyabrında Levotobi Laki-Laki dağı püskürməsi nəticəsində 9 nəfər ölüb, onlarla insan yaralanıb.

Şayəstə Hüseynova

Bənzər yazılar