Almaniyada meşə yanğınları ilə mübarizə davam edir

🗓 07.07.2025 10:54 ✍️ "Elçi" qəzeti
Almaniyada meşə yanğınları ilə mübarizə davam edir

Almaniyanın Türingiya, Saksoniya və Brandenburq əyalətlərində meşə yanğınları hələ də davam edir.
Elchi.az xəbər verir ki, təxminən 5 gündür davam edən meşə yanğınları havaların isti keçməsi, külək və su təchizatının çətinləşməsi səbəbindən nəzarət altına alına bilmir.
Çoxlu sayda yanğınsöndürən yanğınlarla mübarizə aparır, silahlı qüvvələrə və polisə məxsus helikopterlər də söndürmə işlərində iştirak edir.
Yanğından ən çox zərər çəkən bölgələrdən biri olan Saksoniya və Brandenburq sərhəddində yerləşən Qohrişheydedə baş verən yanğın hələ də bir çox yaşayış məntəqələri üçün təhlükə yaradır.
Sursatın partlama riski təhlükə yaradır
Qohrişheide qoruq kimi tanınır və 1992-ci ilə qədər Sovet ordusunun təlim zonası kimi istifadə olunurdu.
Bu səbəbdən bölgədə davam edən söndürmə işlərində qalan sursatların partlama riski səbəbiylə çətinlik yaşanır.
Yanmış ərazinin təxminən 2100 hektar olduğu təxmin edilir. Yanğından çəkilmiş peyk görüntüləri də qiymətləndirilir.

Şayəstə Hüseynova

Bənzər yazılar