Quterreş Rusiyanın Ukraynaya hücumlarını pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Rusiya Federasiyasının Ukraynaya qarşı son irimiqyaslı pilotsuz təyyarə və raket hücumlarını qətiyyətlə pislədiyini bildirib.
Elchi.az xəbər verir ki, BMT Baş katibinin sözçüsü Stefan Dujarrikin paylaşdığı açıqlamada, "Baş katib Rusiya Federasiyasının son üç ildəki müharibənin ən böyük hücumları olduğu bildirilən geniş miqyaslı pilotsuz təyyarə və raket hücumlarını şiddətlə qınayır" ifadəsi işlədilib.
Açıqlamada Quterreş, "təhlükəli eskalasiya və mülki vətəndaşlara baha başa gələn" vəziyyətlə bağlı narahatlığını ifadə edərək, "Bu hücumlar Zaporojya Atom Elektrik Stansiyasının elektrik təchizatını pozdu və nüvə təhlükəsizliyi üçün davam edən riskləri bir daha nümayiş etdirdi" dedi.
Bu cür hərəkətlərin beynəlxalq hüquqa zidd olduğu bildirilən bəyanatda Quterreş “Mülki insanlara və mülki infrastruktura qarşı hücumların beynəlxalq hüquq çərçivəsində qadağan edildiyi və dərhal dayandırılmalıdır” fikrini paylaşıb. Bəyanatda Quterreş iki ölkə arasında hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb və BMT Nizamnaməsi, beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq “ədalətli, hərtərəfli və davamlı sülhə doğru” ilk addım olaraq Ukraynada “tam, dərhal və qeyd-şərtsiz atəşkəs”ə çağırıb.
Şayəstə Hüseynova