Tramp İran nüvə proqramının təftişini qəbul etmir

🗓 05.07.2025 17:43 ✍️ "Elçi" qəzeti
Tramp İran nüvə proqramının təftişini qəbul etmir

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramının təftişini qəbul etmədiyini və ya uranın zənginləşdirilməsindən imtina etdiyini bəyan edib.
Elchi.az CNN-ə istinadən xəbər verir ki, “Air Force One” proqramında çıxış edən Tramp İranın nüvə proqramını dəyərləndirib.
Tramp İranın nüvə fəaliyyətlərinin daimi olaraq pozulduğuna inandığını, lakin ölkənin başqa bir yerdə proqramı yenidən başlaya bilməsi ehtimalının olduğunu bildirib.
İranın nüvə silahı istehsal etməyə başlamasının problem olacağını ifadə edən Tramp, "Bunun olmasına icazə verməyəcəyik" deyib.
İranın nüvə proqramının təftişini və ya uranın zənginləşdirilməsindən imtina etməsini qəbul etmədiyini qeyd edən Tramp gələn həftə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündə İran məsələsinin müzakirə ediləcəyini bildirib.

Şayəstə Hüseynova

Bənzər yazılar