Pakistanda 5 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb

Pakistanın Kəraçi şəhərində 5 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 16-ya çatıb.
Elchi.az xəbər verir ki, Kəraçidə 1974-cü ildə tikilmiş və əvvəllər "təhlükəli" kimi təsnif edilən 5 mərtəbəli bina ötən gün uçub.
Səlahiyyətlilər 10-nun dünən, 6-nın bu gün olmaqla 16 cəsədin tapıldığını açıqlayıb.
Axtarış-xilasetmə işlərinin davam etdiyi binanın dağıntıları altından 8 nəfər xilas edilib, daha 20 nəfərin dağıntılar altında qaldığı təxmin edilir.
Uçmuş binanın yaxınlığındakı tikililər ehtiyat tədbiri olaraq təxliyyə edilib, hadisə ilə bağlı araşdırma başlanıb.
Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Şahbaz Şərif də insan itkisindən kədərləndiklərini bildiriblər.
Şayəstə Hüseynova