ÜST-dən ÇAĞIRIŞ: Alkoqol, siqaret və şirniyyatların qiyməti kəskin artırılsın

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, 2035-ci ilə qədər siqaret, şirniyyat və alkoqolun qiyməti ən azı 50% artırılmalıdır.
Elchi.az xəbər verir ki, təşkilatın ekspertlərinin fikrincə, bu tədbir xroniki xəstəliklərin inkişafının qarşısını alacaq və ölkələrə büdcə gəlirləri yaratmağa kömək edəcək.
ÜST bütün dünyada qeyri-infeksion xəstəliklərin artmasından narahatdır ki, bu da səhiyyə sistemlərini gərginləşdirir. Təşkilat qeyd edir ki, bütün dünyada ölüm hallarının 75%-nin səbəbi qeyri-infeksion xəstəliklər, o cümlədən ürək xəstəlikləri, xərçəng və diabetdir.
ÜST qeyd edib ki, spirtli içkilərin, siqaretlərin və şirniyyatların qiymətlərinin artırılması növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər.
Yeganə