Ukrayna: Rusiya 539 PUA və 11 raketlə paytaxt Kiyevə hücum etdi

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 539 pilotsuz uçuş aparatı (PUA) və 11 raketlə paytaxt Kiyevə hücum etdiyini açıqlayıb.
Elchi.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Telegram hesabından verilən yazılı açıqlamada rusların Ukraynaya intensiv hava hücumu təşkil etdiyi bildirilib.
Rusiya ordusunun müxtəlif tipli 11 ballistik və qanadlı raket və 539 İHA ilə hücuma keçdiyi bildirilən açıqlamada, "Hücumun əsas istiqaməti Ukraynanın paytaxtı Kiyev idi" ifadələri işlədilib.
Açıqlamada hava qüvvələrinin işi nəticəsində 2 raketin məhv edildiyi bildirilib və 476 PUA-nın məhv edildiyi və ya yönləndirilərək təsirsiz hala salındığı qeyd edilib.
Şayəstə Hüseynova