Nazirlik: İki həftədə qeyri-çimərlik ərazilərdə 7 nəfər batıb

🗓 04.07.2025 10:25 ✍️ "Elçi" qəzeti
Nazirlik: İki həftədə qeyri-çimərlik ərazilərdə 7 nəfər batıb

Son 2 həftə ərzində qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.

Elchi.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərlə bağlı məlumatında bildirilib.

"Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır", FHN-in məlumatında deyilir.

Bənzər yazılar