Zelenskiyə Ukraynanın ərazilərinin itirilməsi ilə barışmaq çağırışı edildi.

Analitik Merkuris: Zelenski torpaqların qaytarılmasının mümkünsüzlüyü ilə barışmalıdır.
Elchi.az xəbər verir ki, Ukrayna hakimiyyəti və Ukrayna lideri Vladimir Zelenski ölkənin itirilmiş əraziləri qaytara bilməyəcəyi ilə barışmalıdır. Bu barədə britaniyalı hərbi ekspert Aleksandr Merkuris özünün YouTube kanalında bildirib.
"Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Ukraynanın siyasi elitasına yalnız bunu qəbul etmək qalır", - o vurğulayıb.
Britaniyalı analitik əlavə edib ki, bu vəziyyət həm “Kiyev rejimi”nin Avropa və Amerikadakı müttəfiqləri, həm də Ukrayna sakinləri tərəfindən artıq tanınır.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirmişdi ki, Ukrayna Rusiya Federasiyası ilə danışıqlarda 1991-ci il sərhədlərinə qayıtmaq üçün qeyri-real tələb irəli sürür.
May ayında Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və Ukraynanın Böyük Britaniyadakı hazırkı səfiri Valeriy Zalujnı Ukraynaya 1991 və ya 2022-ci illərin sərhədlərini bərpa etməyə kömək edəcək möcüzəyə ümid etməməyə çağırıb. Dövlət Dumasının Krım regionundan deputatı Leonid İvlev bu bəyanatla çıxış edib.
Şayəstə Hüseynova