Suriyanın milli loqosu dəyişdirilib

🗓 04.07.2025 11:08 ✍️ "Elçi" qəzeti
Suriyanın milli loqosu dəyişdirilib

Suriyada 61 illik Baas rejiminin devrilməsindən sonra başlayan yenidənqurma prosesi çərçivəsində Dəməşqdəki Prezident sarayında təşkil edilən proqramda ölkənin yeni milli loqosu təqdim edilib.
Elchi.az xəbər verir ki, tədbirdə çıxış edən Suriya prezidenti Əhməd Şara yeni vizual kimliyi ictimaiyyətə təqdim edib. Təqdimatdan sonra paytaxt Dəməşqdə insanlar bayram etmək üçün küçələrə çıxıb. Yeni milli loqo şəhərin simvollarından olan Naməlum Əsgər abidəsində də öz əksini tapıb.

Şayəstə Hüseynova

Bənzər yazılar