MAQATE İranı tərk edir

🗓 04.07.2025 16:37 ✍️ "Elçi" qəzeti
MAQATE İranı tərk edir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişləri İranı tərk edərək təşkilatın Vyanadakı baş qərargahına yollanıblar. 
Elchi.az xəbər verir ki, bu barədə agentliyin X- dəki rəsmi səhifəsində məlumat verilib.
“BAEA müfəttişlərindən ibarət bir qrup son hərbi münaqişə zamanı Tehranda qaldıqdan sonra bu gün İranı təhlükəsiz şəkildə agentliyin Vyanadakı mənzil-qərargahına yola salıb”, - nəşr yazır.
Bundan əvvəl İran prezidenti Məsud Pezeşkian Tehranın MAQATE ilə əməkdaşlığının dayandırılması barədə göstəriş verib.

 

Nuranə Məmmədova

 

Bənzər yazılar