Zelenski ilə Tramp arasında telefon danışığı olub

Bu gün Ukrayna və ABŞ prezidentləri telefonla danışıblar.
Elchi.az bu barədə "RBC-Ukrayna"ya istinadən xəbər verir.
Onların söhbəti Amerikanın Ukraynaya bəzi əsas hərbi yardım növlərinin çatdırılmasında fasilə fonunda baş tutub.
Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak bildirib ki, prezidentlər arasında çox mühüm və mənalı söhbət olub.
Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna bütün detalları aydınlaşdırmaq üçün Vaşinqtonla işçi səviyyəsində danışıqlar aparır.
Eyni zamanda, Pentaqon ABŞ prezidenti Donald Trampa Ukraynaya hərbi yardım üçün geniş imkanlar təqdim etdiyini bildirib. Dövlət Departamenti isə ABŞ-ın bütün silah tədarükünü dayandırmadığını vurğulayıb.
Yeganə