Tramp Ağ Evdə UFC turnirini elan edib

Ağ Ev Trampın iqamətgahda UFC turniri ilə bağlı açıqlamasına cavab verib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ayova ştatında keçirilən mitinqdə bildirib ki, Ağ Evdə Ultimate Fighting Championship (UFC) titulu uğrunda döyüş keçiriləcək.
"Kimsə UFC-yə baxır? Biz UFC döyüşü keçirəcəyik. Biz UFC döyüşü keçirəcəyik - bunu düşünün - düz Ağ Evin ərazisində. Orada bizim çoxlu torpaqlarımız var" dedi.
Bu hadisə 2026-cı ildə qeyd olunacaq Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyinə həsr olunmuş “Amerika 250”nin geniş proqramına daxil edilməlidir.
ABŞ rəhbəri qeyd edib ki, döyüş Ağ Evin qazonunda keçirilə bilər və tədbirə 25 minə yaxın insan qatıla bilər. Lakin Tramp daha ətraflı məlumat verməyib, yalnız döyüşün çempionluq statusu daşıyacağını qeyd edib.
NBC Vaşinqtonun verdiyi məlumata görə, Ağ Evin mətbuat katibi Caroline Leavitt bu bəyanatla bağlı danışarkən, hələlik açıqlana biləcək hər hansı təfərrüat verə bilməyəcəyini qeyd edib. UFC Las-Veqasda (ABŞ) yerləşən və qarışıq döyüş növləri üzrə döyüşlər keçirən beynəlxalq idman təşkilatıdır. Onun prezidenti Dana Uaytdır.
Şayəstə Hüseynova