Milli Məclisin növbəti iclası başladı

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində növbəti iclası başlayıb.
Elchi.az xəbər verir ki, iclasın gündəliyinə 22 məsələ daxil edilib.
İclasda Konstitusiya Məhkəməsinə dörd yeni hakimin təyin edilməsi, Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı ilə iki Anlaşma Memorandumun ratifikasiya edilməsi, “Xüsusi icra məmurları haqqında” yeni qanun layihəsi, eləcə də bir neçə qanun layihəsinə təklif olunan dəyişikliklər müzakirə olunacaq.