ABŞ-da daşqın: 24 nəfər həyatını itirdi

ABŞ-ın Texas ştatının müxtəlif bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda 24 nəfərin həyatını itirdiyi bildirilib.
Elchi.az xəbər verir ki, ABŞ-ın cənubundakı Texas ştatında ötən gecə qəflətən başlayan güclü yağış Kerr qraflığında Qvadalupe çayının daşmasına və daşqınlara səbəb olub. Bildirilib ki, Texas ştatının mərkəzi mərkəzi hissəsində yerləşən Kerr qraflığında daşqınlar nəticəsində 24 nəfər həyatını itirib. Kerr dairəsinin şerifi Larry Leitha, "Hələ müəyyən etmədiyimiz bir neçə adam var, işimizi davam etdiririk. Bu, yəqin ki, bir neçə gün davam edəcək bir proses olacaq" dedi. Leitha bölgədə daşqın xəbərdarlığının müddətinin uzadıldığını və ölənlərin sayının arta biləcəyini bildirib.
Texas leytenant qubernatoru Dan Patrick Hill County bölgəsində düşərgə qurarkən daşqınlar tərəfindən aparılmış 20 uşağın vəziyyətinin bilinmədiyini açıqladı və "Bu, onların itkin düşdüyü demək deyil; onlar ağaclarda və ya sadəcə əlçatmaz ola bilər" dedi. Axtarış-xilasetmə işlərinə 14 helikopter, 12 pilotsuz uçuş aparatı və müxtəlif fövqəladə hallara müdaxilə qruplarından 500 nəfərin qatıldığı, əyalət səlahiyyətliləri isə 237 nəfərin xilas edildiyini açıqlayıb.
Şayəstə Hüseynova