Texasda daşqınlar: Ən azı 82 nəfər ölüb, onlarla insan itkin düşüb

Texasda qəfil daşqın nəticəsində azı 82 nəfər ölüb, 41 nəfər itkin düşüb. Çay kənarında qızlar üçün salınan yay düşərgəsi viran qaldı. Axtarış-xilasetmə qrupları zamanla yarışır.
Elchi.az xəbər verir ki, ABŞ-ın Texas ştatında baş verən daşqın nəticəsində azı 82 nəfər ölüb, 41 nəfər isə hələ də itkin sayılır. Ən böyük dağıntı Qvadalupe çayı üzərindəki Kerr qraflığında baş verib. Sel suları altında qalan “Camp Mystic” xristian qızlar düşərgəsində 28-i uşaq olmaqla 68 nəfər həyatını itirib. Düşərgədən 10 qız və bir məsləhətçi hələ də itkin düşüb.
Şayəstə Hüseynova