Lavrov: Rusiyaya müvəqqəti atəşkəs lazım deyil

🗓 07.07.2025 15:42 ✍️ "Elçi" qəzeti
Lavrov: Rusiyaya müvəqqəti atəşkəs lazım deyil

Moskva Rusiya-Ukrayna ətrafındakı münaqişənin siyasi və diplomatik həllinə açıqdır, lakin Kiyev, eləcə də Qərbin qoşunları yenidən qruplaşdırmaq, hərbi potensialı artırmaq üçün istifadə edə biləcəyi müvəqqəti pauzaları mənasız görür.

Elchi.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bizə Kiyev rejimi və onun xarici kuratorlarının qoşunları yenidən qruplaşdırmaq, səfərbərliyi davam etdirmək və hərbi potensialı gücləndirmək istədikləri fasilə lazım deyil. Davamlı sülh üçün münaqişənin əsas səbəblərini, o cümlədən NATO-nun genişlənməsi və Ukraynanın alyansa “çəkilməsi”ni aradan qaldırmaq lazımdır”, - o bildirib.

Lavrov həmçinin xatırladıb ki, Moskva “yeni ərazi reallıqlarının” – Krım, Sevastopol, “donetsk və luqansk xalq respublikaları”, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibində tanınmasını tələb edir.

O vurğulayıb ki, Ukrayna hələ 1990-cı ildə dövlət suverenliyi haqqında bəyannamədə qeydə alınmış və 1991-ci ildə “Ukraynanın müstəqilliyinin elan edilməsi aktı” ilə təsdiq edilmiş neytrallıq prinsipinə qayıtmalıdır.

 

Bənzər yazılar