ABŞ-dan Livan-İsrail sülhü üçün mesaj!

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak “İsrailin Livanla sülhün tərəfdarı olduğuna inanıram, lakin buna nail olmaq asan deyil” deyib.
Elchi.az xəbər verir ki, Livan Rəyasət Heyətindən verilən açıqlamaya görə, prezident Cozef Aun paytaxt Beyrutdakı Baabda sarayında ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak ilə görüşüb.
Görüşün ardından mətbuat konfransı keçirən ABŞ nümayəndəsi Barak Livan-İsrail əlaqələri, Hizbullah və regional hadisələrlə bağlı qiymətləndirmələr edib.
“Hizbullah Livanın daxili işidir”
Livana nə edəcəklərini məcbur etmədiklərini vurğulayan Barak, "Əksinə, qərarlarında onları dəstəkləyirik. Livan ilə İsrail arasında mövcud mexanizm düzgün işləmir. Prosesin Livanın içindən başlaması lazımdır və əsl çətinlik də buradadır. Livanın Hizbullahla təkbaşına məşğul olmasını istəyirik, bu bizim işimiz deyil" deyib.
Prezident Avn və komandası ilə məhsuldar və əhəmiyyətli görüş keçirdiklərini ifadə edən Barak, belə davam etdi:
"Bölgəni dəyişdirməyin vaxtıdır. Tələbimizə verilən cavabda balanslı bir ton görməkdən məmnunuq. Bu, ələ keçirilə biləcək bir fürsətdir və bunu ən yaxşı şəkildə edəcək Livan xalqıdır. Regionun irəliyə doğru addım atmasının vaxtıdır".
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak iyunun 19-da ABŞ-ın Beyrut administrasiyasına “ölkədə bütün silahların yalnız dövlətin nəzarəti altında toplanmasını əsas məqsəd qoyan” təklifini təqdim edib.
Nuranə Məmmədova