“İtaliya Rusiyanın Avropadakı “Troya atı”na çevrilə bilər”.
Alp.az xarici mediaya istinadən xəbər verir ki, Avropa İttifaqı baş nazir Mario Draqinin istefasından sonra bu halın baş verəcəyindən narahatdır.
“País” nəşrinin köşə yazarı Bernardo de Migel deyir ki, ən yaxşı halda, İtaliya Moskva ilə mübarizədə Moskva “zəif halqa”ya çevrilə bilər:
“Bəzi İtaliya mediası Avropanın Kremlə qarşı sanksiyalarının yalnız Aİ iqtisadiyyatına zərər verdiyini, amma Rusiyanın hərbi gücünə təsir etmədiyini yazır. Bu, Romanın Rusiya karbohidrogen ehtiyatlarından ciddi asılılığına bir işarədir” – o əlavə edib.
De Migelin sözlərinə görə, Draqinin istefası ilə Brüssel dəstəksiz, Kiyev isə müttəfiqsiz qalıb. Çünki keçmiş baş nazir Ukraynanı istənilən formada, o cümlədən silah-sursatla təmin edib.
Xatırladaq ki, Mario Draqi iyulun 21-də hakim koalisiyanın partiyaları ilə Nazirlər Kabineti arasında yaranan fikir ayrılığına görə istefa verib. O, hökuməti əvvəldən dəstəkləyən milli çoxluğun artıq mövcud olmadığı qənaətinə gəlib. İtaliya prezidenti Sercio Mattarella artıq sentyabrın 25-nə növbədənkənar parlament seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.