image-5555backend

“Azərbaycan Avropa İttifaqı üçün ən yaxşı tərəfdaşdır” –VİDEO

Azərbaycan-Avropa İttifaqı münasibətləri sürətlə inkişaf edir.  Azərbaycan Avropa İttifaqı (Aİ) ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafında maraqlıdır. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Aİ ilə ikitərəfli əməkdaşlıq xətti prioritet olaraq qalmasına baxmayaraq, ŞT-nin çoxtərəfli platforması Azərbaycana birgə maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmağa, regional siyasət kontekstində öz milli maraqlarını yürütməyə, bunun üçün müxtəlif təşəbbüslər irəli sürməyə imkan yaratmaqla Aİ ilə ikitərəfli əməkdaşlıq gündəliyinə tamamlayıcı dəstək rolunu oynayır. “Azərbaycan Avropa İttifaqı üçün ən yaxşı tərəfdaşdır”- bu fikirləri isə Azərbaycan Televiziyasında yayımlanan “Əsas Məsələ”  verilişində millət vəkili Cavanşir Feyziyev bildirib.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki