image-download-2025-02-28t182731-075backend

“Audi” zavodu 76 ildən sonra bağlanır

“Audi” şirkətinin Brüsseldəki zavodunda bu gün istehsal tamamilə dayandırılıb.
Elchi.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə Almaniyanın “Volkswagen” Qrupuna məxsus “Audi” brendinin 76 illik fabriki bağlanıb.
“Audi” markası keçən ilin iyul ayında lüks seqmentli elektrik avtomobil modeli Q8-in istehsal edildiyi və təxminən 3000 nəfərin işlədiyi Brüssel fabrikini tələbatın azalması səbəbindən yenidən quracağını və bu modellərin istehsalının Meksikada davam edəcəyini açıqlamışdı.
“Audi” rəhbərliyi 2024-cü ilin sentyabr ayının əvvəlində “Volkswagen” Qrupunun Brüssel fabrikində istehsal üçün heç bir model ayırmadığını açıqladı və bu vəziyyət fabrik işçilərini və həmkarlar ittifaqını narahat etdi.
“Audi” bağlanacaq Brüssel fabriki üçün yeni investorlar axtarmağa başlamışdı. Bu proses zamanı 20-dən çox investorla görüşməsinə baxmayaraq, uyğun alıcı tapılmayıb.
Şirkət rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticəsində qərara alınıb ki, “Audi” şirkətinin Brüsseldəki fabrikində çalışan işçilərə qanunla müəyyən edilmiş işdən çıxma pulu ilə yanaşı iş stajına görə mükafatlar da verilsin.

Nuranə Məmmədova

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki