image-301260110_185124183963038_9089037690498017359_nbackend

ASALA AZƏRBAYCANLI MƏŞHUR JURNALİSTİ HƏDƏLƏDİ

“Baku TV”nin hərbi jurnalisti Fərdin İsazadə ASALA erməni terror təşkilatı tərəfindən hədələnir.
Fərdin İsazadə “Caliber.az”a xəbəri təsdiqləyib.

Jurnalist bildirib ki, “Telegram” sosial şəbəkəsindən ona kobud formada hədələr gəlib:
“Mənim üçün bu hədələrin heç bir mənası yoxdur. Əvvəl necə işləmişəmsə, elə də davam edəcəyəm. İşimiz elədir ki, internetdə erməni seqmentinin klaviatura qəhrəmanlarına əhəmiyyət vermək lazım deyil. 2020-ci ilin payızında Azərbaycan ordusuna mane ola bilmədikləri kimi, indi də bizim fəaliyyətimizə mane ola bilməzlər. Eyni zamanda belə situasiyalarda ayıq-sayıq olmaq lazımdır. Məlumdur ki, Ermənistan cəmiyyətində, erməni separatçıları arasında da “incimişlər” çoxdur. Qarabağdan, Şərqi Zəngəzurdan yayımları davam etdirəcəyik. Mənə hədə-qorxu gələnlərin hər biri ilə Qarabağda görüşməyə hazıram. Daimi olaraq orada peşə fəaliyyətimlə məşğulam, erməni iddia və təhdidlərinə istənilən formada cavab verə bilərəm”.

O qeyd edib ki, əvvəllər də sosial şəbəkələrdə müxtəlif erməni istifadəçilərdən təhdidlər alıb. Lakin ASALA-nın üzvü tərəfindən ilk dəfədir ki, belə təhdidlər gəlir:

“Mən Qarabağ və Şərqi Zəngəzurda mütəmadi oluram. Azərbaycanlılar ora əbədi qayıdıb. Bu yaxınlarda Azərbaycan-Ermənistan şərti sərhədindən böyük reportaj çəkdik, sosial şəbəkələrdə aktiv fəaliyyət göstəririk, ermənilərin təhdidləri də işimizlə bağlıdır”.
Fərdin İsazadə təhdidlərə baxmayaraq, peşə fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki