Çinli tədqiqatçıların Antarktidada 6 yeni cins və 7 yeni bakteriya növü aşkar etdiyi bildirilir.
Elchi.az xəbər verir ki, Çinin Qütb Araşdırmaları İnstitutunun (PRIC) tədqiqatçıları Antarktidada apardıqları araşdırmanın nəticələrini açıqlayıblar, Sinxua xəbər verir.
Tədqiqatçılar qütb mikroorqanizmlərinin 3500-dən çox variantının “mühafizəsini standartlaşdıraraq” 185 cinsdən 30 000-ə yaxın nümunə toplayıblar.
Tədqiqatçılar bir çox səyahətlər zamanı toplanan nümunələri araşdıraraq Antarktidada 6 yeni cins və 7 yeni bakteriya növü kəşf etmiş və bu mikroorqanizmlərin bioloji genetika və növ müxtəlifliyi araşdırmaları üçün əhəmiyyətli olduğunu vurğulamışlar.
Şayəstə Hüseynova