Andrey Piontkovskiy: “Kreml vəziyyəti şüurlu şəkildə qızışdırır”

“Bu il Dağlıq Qarabağ konflikti zonasında, təmas xəttində gərginliyini artması özünü göstərir. Belə vəziyyətdə Ermənistan hakimiyyəti daha diqqətli olmalıdır”. Musavat com-un məlumatına görə, bu fikri rusiyalı publisist və siyasi analitik Andrey Piontkovskiy erməni elektron portallarından birinə müsahibəsində söyləyib.
“Belə vəziyyətdə İrəvan ehtiyatlı şəkildə Moskvaya tabe olmalıdır, ona görə ki, Rusiya Ermənistanın təhlükəsizliyinin qarantı kimi çıxış edir və onun strateji tərəfdaşıdır” – deyib politoloq.
“Mən istisna eləmirəm ki, vəziyyətin vaxtaşırı gərginləşdirilməsinə Kreml tərəfindən şüurlu şəkildə gedilir ki, Azərbaycan və Ermənistana təzyiq rıçaqları olsun. Ermənistana münasibətdə bu siyasət onun Avrasiya layihələrinə qoşulması baxımından daha effektli alınır” - əlavə edib analitik.