ABŞ Konqresində keçirilən dinləmələrdə hökumət rəsmiləri və keçmiş hərbi qulluqçular yerdən kənar kəşfiyyat və qabaqcıl texnologiyalarla bağlı iddialar qaldırıblar. “Müəyyən edilməmiş anormal hadisələr: Həqiqətin üzə çıxarılması” adlı sessiyada naməlum obyekt və hadisələrlə bağlı təfərrüatlar müzakirə olunub.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin keçirdiyi iclasda illərdir gizli saxlanılan qabaqcıl texnologiyaların və yerdənkənar varlıqların ictimaiyyətdən gizlədilməsi ilə bağlı iddialar səsləndirilib.
İddialara okeandan çıxan kürələr, disk formalı obyektlər və məlum hərbi maşınlardan fərqli xüsusiyyətlərə malik uçan obyektlər daxildir. Şahidlər məsələ ilə bağlı şəffaflığın artırılmasının vacibliyini vurğulayıblar.