image-ilac-2298560_1backend

24 saat davam edən heç bir əks təsiri olmayan ağrıkəsicinin kəşfi

Yaponiyanın Kindai Universitetinin alimləri ağrıların idarə edilməsində əsaslı kəşf ediblər. Hüceyrə yapışma molekulu 1-i (CADM1) hədəf alan yeni antikor olan 3E1, yan təsirləri və uzun müddətli ağrı kəsici təsiri ilə diqqət çəkir.
Elchi.az xəbər verir ki, 3E1 antikoru sinir hüceyrələrinin səthində tapılan CADM1 zülalını hədəf alaraq yalnız həssas sinirlərə təsir göstərir.
Tədqiqat qrupu bu antikorun ağrı siqnallarını ötürən sinirlərin fəaliyyətini yatıra biləcəyini ortaya qoydu.
Kindai Universiteti Tibb Fakültəsindən Prof. Akihiko Ito və Dr. Fuka Takeuçinin rəhbərlik etdiyi araşdırma nəticələrini Life Sciences elmi jurnalında dərc edib.
Tədqiqat çərçivəsində siçanların dərisinə 3E1 antikoru yeridilmiş və antikorun yalnız dəri altındakı hiss sinirlərində lokallaşdırıldığı müşahidə edilmişdir.
Kimyəvi səbəbli ağrı testlərində, 3E1 tətbiq olunan siçanların ağrı ilə əlaqəli davranışlarının nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı müşahidə edildi. Bu təsirlər 24 saata qədər davam etdi, indiki lokal anesteziklərdən xeyli uzun.

Şayəstə Hüseynova

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki