image-1655117164113629970462a7156c16b64backend

Zərdüşt Əlizadə Kazimirovu yerində oturtdu: “Yarım qəpiklik əhəmiyyəti yoxdur”

“Mən Dağlıq Qarabağ əhalisinin əksəriyyətinin ya Ermənistanla müttəfiqlik, ya da müstəqil şəkildə öz müqəddəratını təyin etmək cəhdini başa düşürəm. Ancaq hələlik Qarabağ münaqişəsinin həlli perspektivləri ilə bağlı bu qeyri-müəyyən fikirdən uzaqlaşmaq çətindir”.

Bunu ATƏT-in Minsk qrupunun Rusiyadan olan keçmiş həmsədri Vladimir Kazimirov deyib.

O, status məsələsinə də yenidən toxunub:

“Orada ermənilərin sayı azərbaycanlıların sayından qat-qat çoxdur. Ona görə də Dağlıq Qarabağda ermənilərin qeyd-şərtsiz çoxluğu var və bu, Dağlıq Qarabağın statusu müəyyən edilərkən nəzərə alınmalı olan sonuncu amil deyil”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun keçmiş həmsədrinin “Dağlıq Qarabağ” ifadəsindən istifadə etməsi və yenidən status məsələsini gündəmə gətirməyə çalışması cəmiyyətimiz tərəfindən tənqidlərə səbəb olub.

Maraqlıdır, Vladimir Kazimirov əslində Rusiyanın istəklərini söyləyir?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Zərdüşt Əlizadə bildirib ki, Vladimir Kazimirov Qarabağdakı separatçılarının mənəvi və inzibati “xaç atası” olub:

“O, separatçıları idarə edib, onların əvəzinə qərarlar qəbul edib və onların əvəzinə tələblər irəli sürüb. Bütün bunların hamısı bizə bəllidir.

Vladimir Kazimirov istefaya getdikdən sonra da “köhnə bayatılara” oxşayan açıqlamalar verir. Yəni “Qarabağ müstəqil olmalı və Azərbaycanın tərkibində olmamalıdır” kimi köhnə fikirlər dilə gətirib. Baxmayaraq ki, gerçəkliklər tamamilə dəyişib və Azərbaycanın 75 faizinə geri qayıdıb. Qarabağda olduğu deyilən 160 min nəfər ermənidən isə sadəcə 30-35 mini qalıb.

Lakin bütün bunlara rəğmən, Kazimirov sanki “köhnə bayatılar” oxuyur. “Köhnə bayatılar” da artıq yaddan çıxmış mahnıya oxşayır. Yəni bu “mahnı” artıq dəbdən düşüb və unudulub. O, isə yenə bunları deyərək, insanların qulaq asacağını düşünür. Vladimir Kazimirov dedikləri aktual deyil və həqiqətlə uzlaşmır. Həmçinin, onun dediklərinin heç yarım qəpiklik belə siyasi əhəmiyyəti yoxdur. Azərbaycan öz mövqeyini ortaya qoyub və müdafiə edəcək”.

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki