Yəmənin cənubunda Ədən şəhəri sahillərində gəmi yaxınlığında 2 raketin partladığı bildirilib.
Elchi.az xəbər verir ki, Britaniya Gəmiçilik Təşkilatından (UKMTO) verilən yazılı açıqlamaya görə, Ədəndən 130 dəniz mili uzaqlıqda gəminin yaxınlığında 2 raket partlayıb. Bayrağı açıqlanmayan gəminin kapitanı ekipajın sağ-salamat olduğunu və növbəti limana getdiklərini bildirib.
Hadisə ilə bağlı araşdırma başlanarkən, gəmilərdən diqqətli olmaları və şübhəli hadisələri UKMTO-ya bildirmələri istənilib.
Husilər məsələ ilə bağlı açıqlama verməyib.
Digər tərəfdən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X sosial media hesabından verdiyi açıqlamada son 24 saat ərzində husilərə aid 2 pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini açıqlayıb.
Bəyanatda bu PUA-ların ABŞ qüvvələri, çoxmillətli “dəniz əməliyyat qrupu” və bölgədəki ticarət gəmiləri üçün ciddi təhlükə yaratdığı bildirilib.
Şayəstə Hüseynova