image-afet-quliyeva_yasamal-evi-sokulenbackend

Yasamal sakini Afət Quliyeva: “Evimi buldozerlə aşırıb, məni sürüyə-sürüyə apardılar” – VİDEO

Bakının Yasamal rayonu sakini Afət Quliyevanın evi, məhkəmənin qərarı olmadan – özü evdə ola-ola sökülüb.

Afət Quliyeva və qızı evləri söküldüyü üçün 2 gündür məcbur qalıb çadırda yaşayır. O, bu yolla həm də söküntüyə etirazını nümayiş etdirir. Deyir ki, evi sökülərkən polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb.

Söküntünü etdiyi deyilən “İbrahim Q MTK”dan bildirilib ki, Afət Quliyevaya evinin əvəzinə həmin yerdə tikiləcək binadan mənzil təklif olunub. Afət Quliyeva isə bildirir ki, ona heç nə təklif olunmayıb.

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki